Fransa Zəngəzurda konsulluq AÇACAQ

 20:49 27.09.2023     442

Fransa Ermənistanla təhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir və həmçinin Sünik bölgəsində konsulluq açmağı planlaşdırır. 

Redaktor.az "TASS"a istinadla xəbər verir ki, bunu Fransa Milli Assambleyasının iclasında çıxışı zamanı xarici işlər naziri Ketrin Kolonna deyib.

"Hərbi attaşe Fransanın İrəvandakı səfirliyində olacaq. Yaxın vaxtlarda sərhəddən çox da uzaq olmayan Sünik rayonunda da konsulluq açacağıq".

O, qeyd edib ki, Paris və İrəvan müdafiə sahəsində əməkdaşlıq edir.

Nazir onu da xatırladıb ki, Ermənistan sərhədində avropalı müşahidəçilərin missiyası davam edir. O, Fransanın Ermənistanın ərazi bütövlüyünün qorunub saxlanmasını dəstəkləyəcəyini vurğulayıb və Parisin İrəvanla, eləcə də BMT və Aİ çərçivəsində ikitərəfli təşəbbüslərlə çıxış edəcəyinə söz verib.

Kolonna söz verib ki, Paris Azərbaycanın Qarabağ ərazisində hərbi əməliyyatı zamanı yaralananlara yardım göstərmək üçün Ermənistana vəsait göndərəcək.

"Paris regionda baş verən son hadisələr fonunda 2023-cü ildə Qarabağ və Ermənistana yardımı 5 milyon avrodan 12 milyon avroya qədər artıracaq", - o vurğulayıb.

Yusif EYVAZLI