Bu ölkədə 200 milyon avro dəyərində COVİD vaksini MƏHV EDİLDİ

 21:46 27.09.2023     309

Çexiyada təxminən 200 milyon avro dəyərində olan 12 milyon dozadan çox koronavirus (COVİD-19) peyvəndi müddəti bitdiyi üçün məhv edilib. 

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin mətbuat katibi Ondrey Yakob məlumat verib.

"Biz 200 milyon avro dəyərində olan 12 milyon dozadan bir qədər çox COVİD peyvəndi haqqında danışırıq" - o, deyib.

Qeyd edilib ki, məhv edilmiş dərmanlar respublikanın pandemiya zamanı aldığı 35 milyon doza peyvəndin təxminən üçdə birini təşkil edir.

Humay İSGƏNDƏRLİ