Bu ölkə pilotsuz təyyarələrdən istifadəni qadağan ETDİ

 21:25 27.09.2023     275

Dağıstanda ictimai təhlükəsizliyi təmin etmək üçün pilotsuz uçuş aparatlarından istifadəyə qadağa qoyulub. 

Redaktor.az "TASS"a istinadla xəbər verir ki, müvafiq sərəncamı respublika rəhbəri Sergey Melikov imzalayıb.

“Dağıstan Respublikası ərazisində ictimai asayişin mühafizəsini gücləndirmək və ictimai təhlükəsizliyi təmin etmək məqsədi ilə qərara alıram: Dağıstan Respublikasının ərazisində pilotsuz uçuş aparatlarından istifadə qadağan edilsin. Federal hökumət orqanları, Dağıstan Respublikasının dövlət orqanları, Dağıstan Respublikasının yerli özünüidarəetmə orqanları və onların tabeliyində olan təşkilatlar tərəfindən verilmiş səlahiyyətlər çərçivəsində istifadə olunur”, - deyə sənədin mətnində deyilir.

Fərman dərc edildiyi gündən qüvvəyə minir. 

Yusif EYVAZLI