Krım körpüsü sutka ərzində ikinci dəfə BAĞLANDI

 21:43 27.09.2023     240

Sentyabrın 27-si axşam saatlarında Krım körpüsü müvəqqəti olaraq nəqliyyat vasitələri üçün bağlanıb. Nəqliyyatın hərəkəti sutka ərzində ikinci dəfədir ki, dayandırılır.

Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, bu barədə körpüdəki əməliyyat vəziyyəti ilə bağlı Telegram kanalında deyilir.

“Körpüdə və yoxlama zonasında olanlardan sakit olmaları və nəqliyyat təhlükəsizliyi əməkdaşlarının göstərişlərinə əməl etmələri xahiş olunur”, - deyə məlumatda bildirilir. 

Sonuncu dəfə Krım körpüsündə nəqliyyatın hərəkəti müvəqqəti olaraq bu gün 20 dəqiqədən az müddətə bağlanıb.

Humay İSGƏNDƏRLİ