Krım körpüsü sabah yenidən BAĞLANACAQ
Krım körpüsündə bərpa işləri ilə əlaqədar avtomobillərin hərəkəti müvəqqəti olaraq bağlanacaq.
Redaktor.az "TASS"a istinadla xəbər verir ki, bu barədə Rusiya Nəqliyyat Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Sentyabrın 28-də bərpa işləri ilə əlaqədar olaraq saat 21:00-dan sentyabrın 29-u səhər saat 06:00-a qədər körpünün yol hissəsinin tamamilə bağlanması ilə Krım körpüsünə gedən yollarda hərəkətin məhdudlaşdırılması planlaşdırılır”, - məlumatda deyilir.
Daha əvvəl Rusiyanın baş naziri Marat Xusnullin bildirmişdi ki, noyabrın 1-dək körpüdə hərəkətin tam açılması planlaşdırılır.
Yusif EYVAZLI