Ən böyük kriptovalyuta birjası Rusiyanı tərk edəcək

 22:47 27.09.2023     251

Ən böyük kriptovalyuta birjası olan "Binance" rəhbərliyi Rusiya bazarını tamamilə tərk edərək ölkədəki biznesini CommEX-ə satmaq qərarına gəlib.

Redaktor.az bu barədə "Lenta.ru"ya istinadla xəbər verir.

Məlumata görə, birjanın baş uyğunluq mütəxəssisi Noah Perlman saytın Rusiyada davam etdirilməsinin "Binance"nin uyğunluq strategiyası ilə uyğun gəlməyəcəyini söyləyib.

Gələcəkdə "Binance" rəhbərliyi diqqətini digər ölkələrdə biznesin inkişafına yönəldəcək və növbəti bir neçə ay ərzində Rusiya Federasiyasında mübadilə xidmətlərini və digər biznes sahələrini bağlayacaq.

Həmidə İBRAHİMLİ