Makron Senat seçkilərində məğlub olan dövlət katibinin istefasını qəbul etdi

 23:10 27.09.2023     243

Fransanın vətəndaşlıq məsələləri üzrə dövlət katibi Sonia Backes bazar günü Senatda (parlamentin yuxarı palatası) keçirilən seçkilərdə uduzduqdan sonra istefa verib və respublika prezidenti Emmanuel Makron onun istefasını qəbul edib.

Redaktor.az "TASS"a istinadla xəbər verir ki, bu barədə Yelisey Sarayı məlumat yayıb.

"Respublikanın Prezidenti vətəndaşlıq məsələləri üzrə dövlət katibi Sonia Backesin istefasını respublika qaydalarına uyğun olaraq qəbul edib. O, hökumətdə separatizm və məzhəb pozuntuları ilə mübarizədə, eləcə də əcnəbilərin inteqrasiyasının yaxşılaşdırılmasında göstərdiyi keyfiyyətli işinə görə təşəkkür edib",- deyə məlumatda deyilir.

Həmidə İBRAHİMLİ