Boliviyada festivaldan qaçırılan qıza 11 kişi təcavüz etdi

 23:15 27.09.2023     331

Boliviyada festival zamanı qıza təcavüz edilib və cinayətlə bağlı 11 kişi axtarışa verilib.

Redaktor.az xəbər verir ki, bu barədə "Metro" portalı bildirib.

Məlumata görə, Oruro şəhərində küçə festivalı zamanı bir qrup gənc 12 yaşlı məktəbli qızı qaçırıb, qıza spirtli içki verilib və zorakılığa məruz qalıb. Yerli polisin məlumatına görə, zorlamada 11 kişi iştirak edib, onlardan üçü saxlanılıb, səkkizi axtarışdadır.

Zərərçəkmiş xəstəxanaya yerləşdirilib, həkimlər onun vəziyyətini izləyir, psixoloqlar da qızla işləyir.

Oruro departamentinin prokuroru Aldo Morales Alkonini, "Məhkəmə-tibbi ekspertizanın rəyi göstərir ki, qızın bədənində açıq-aşkar zorakılıq əlamətləri və sıyrıqlar var, biz cinayətdə günahkar olanların hamısını müəyyənləşdirəcəyik və ən yüksək cəzanı verəcəyik" deyib.

T.İSMAYIL