ABŞ İranın dron istehsalına yardımçı olan beynəlxalq şəbəkəyə sanksiyalar tətbiq etdi

 23:22 27.09.2023     244

ABŞ bu gün, sentyabrın 27-də, İrana dron istehsalına yardım edən transmilli şəbəkəyə sanksiyalar tətbiq edib.

Redaktor.az xəbər verir ki, bu barədə ABŞ-nin Maliyyə Nazirliyi məlumat yayıb.

“ABŞ Maliyyə Nazirliyinin Xarici aktivlərə nəzarət idarəsi İran, Çin Xalq Respublikası, Honkonq, Türkiyə və Birləşmiş Ərəb Əmirliklərində yerləşən beş hüquqi və iki fiziki şəxsə qarşı sanksiyalar tətbiq edib”, - nazirliyin məlumatında diqqətə çatdırılıb.

Qeyd olunub ki, sözügedən şəxslər İranın dron proqramı üçün mühüm hissələrin alınmasında iştirak edirlər (report).