Təslim olmayacağını deyən erməni komandir Qarabağdan QAÇDI

 15:22 28.09.2023     318

19-20 sentyabr tarixli antiterror tədbirlərindən sonra silahı yerə qoymacağını, təslim olmayacağını bildirən Qarabağdakı qanunsuz hərbi birləşmələrdən birinin komandiri Karen Calavyan bu gün Azərbaycan ərazisindən Ermənistana qaçıb.

Redaktor.az xəbər verir ki, məlumatı “Hraparak” yayıb.

Onun artıq Gorus şəhərində olduğu bildirilir. Qəzet informasiyaya sübut kimi Karen Calavyanın Gorusda erməni polislərindən biri ilə çəkdirdiyi təzə fotosunu da dərc edib.

Calavyanın sərhədi necə keçdiyi barədə məlumat verilməyib.

Xatırladaq ki, Karen Calavyan Azərbaycana təslim olmayacağı və əsgərləri ilə sona qədər döyüşəcəyi barədə xəbərlər yaymışdı.