Ermənistan müxalifəti İrəvanda mitinq keçirəcək

 17:26 28.09.2023     265

Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyaları keçirən Ermənistan müxalifəti sentyabrın 30-da İrəvanın mərkəzində mitinq keçirməyi planlaşdırır.

Redaktor.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i aksiyaları əlaqələndirən milli komitəyə istinadən məlumat yayıb.

“Sentyabrın 30-da Milli Komitə Respublika Meydanında mitinq keçirəcək”, - məlumatda bildirilib.

Xatırladaq ki, sentyabrın 19-dan İrəvanın mərkəzində tez-tez etiraz aksiyaları təşkil olunur. Etirazçılar Paşinyanın istefasını tələb edirlər. Vaxtaşırı etirazçılarla polis arasında toqquşmalar da baş verir. Son günlər polis onların kütləvi həbslərinə başlayıb.