Blinken Bayden və Putin arasında mümkün görüşü istisna etməyib

 18:27 28.09.2023     330

ABŞ-ın dövlət katibi Entoni Blinken “The Atlantic”də təşkil olunan tədbirdə ABŞ prezidenti Co Baydenin müəyyən şərtlər daxilində Rusiya lideri Vladimir Putinlə görüşə biləcəyini açıqlayıb.

Redaktor.az bu barədə "lenta.ru"ya istinadla xəbər verir. 

ABŞ-ın xarici siyasət rəhbəri Baydenin Putinlə görüşməsinin mümkünlüyü barədə suala “Heç vaxt heç vaxt demə” deyə cavab verib.

Turan İSMAYIL