Ukraynanın kapitulyasiyası sülhə yox, işğala gətirib çıxaracaq - NATO-nun baş katibi

 18:56 28.09.2023     296

Ukraynanın Rusiya ilə münaqişədə kapitulyasiyası sülhə yox, ölkənin işğalına səbəb olacaq.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, mbu barədə NATO-nun baş katibi Yens Stoltenberq Kiyevdə keçirdiyi mətbuat konfransında bildirib. Bu barədə NATO-nun mətbuat xidməti məlumat yayıb.

"Rusiya bu gün silahı yerə qoyub müharibəni dayandıra bilərdi. Ukraynanın belə imkanı yoxdur. Ukraynanın kapitulyasiyası sülh demək deyil. Bu, Rusiyanın qəddar işğalı demək olardı. Nəyin bahasına olursa olsun, sülh heç də sülh olmayacaq", - deyə o, bildirib.

Stoltenberqin sözlərinə görə, Ukraynanın ədalətli və davamlı sülhə ehtiyacı var.

“Və buna görə də mən prezident Volodimir Zelenskinin bu məqsədə çatmaq üçün 10 bəndlik planını alqışlayıram”, - o əlavə edib.

Turan İSMAYIL