Mümkün ərazi güzəştləri ilə bağlı qərarı Ukraynanın özü verməlidir - Blinken

 19:13 28.09.2023     361

Ukraynada nizamlanma naminə mümkün ərazi güzəştlərinin olub-olmaması ilə bağlı qərarı Kiyevdəki hakimiyyət orqanları özləri verməlidir.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu açıqlama ilə ABŞ dövlət katibi Entoni Blinken çıxış edib.

"ABŞ prezidenti Co Bayden dəfələrlə bildirib ki, bu qərarları əsas etibarı ilə ukraynalılar verməlidir. Ukraynasız Ukrayna haqqında heç nə yoxdur. Bu, bizim gördüyümüz işdə aparıcı ulduz olaraq qalır", - Amerikanın xarici siyasət departamentinin rəhbəri “The Atlantic” jurnalına açıq onlayn müsahibəsində bildirib.

Blinken ABŞ-ın Ukrayna ilə münaqişəyə girəcəyi bir vəziyyəti proqnozlaşdırırmı sualına cavabında "Kiyevin ölkənin bəzi ərazilərinə nəzarətinin bərpası çətin məsələ kimi görünür" deyib

T.İSMAYIL