Dünyaca məşhur Robin Qud ağacı KƏSİLDİ

 21:36 28.09.2023     394

İngiltərənin şimalındakı Northumberland Milli Parkında 16 yaşlı oğlan 1991-ci ildə çəkilmiş "Robin Qud: Oğrular Şahzadəsi" filmindəki ağacı kəsib. Günahkar polis tərəfindən saxlanılıb.

Bu barədə Redaktor.az "lenta.ru"ya istinadla xəbər verir.

Əsrlər boyu yaşı olan çinar, düşmən basqınlarının qarşısını almaq üçün romalılar tərəfindən tikilmiş bir çox kilometrlik müdafiə istehkamı olan Hadrian divarının yaxınlığındakı dərədə dayanırdı. Məşhur ağac ölkənin əsas fotoşəkil çəkilən obyektlərindən biri idi. 2016-cı ildə çinar "The Woodland Trust" tərəfindən İngiltərənin İlin Ağacı seçildi.

“Bu, dünyaca məşhur bir abidədir. Bugünkü hadisələr yerli ictimaiyyətdə və onun hüdudlarından kənarda böyük sarsıntı, kədər və qəzəb yaradıb”, deyə baş polis zabiti Kevin Uorinq bildirib.

Yusif EYVAZLI