Ermənipərəst senator istefa verəcək?

 22:47 28.09.2023     305

Korrupsiyada ittiham olunan Nyu Cersi ştatının senatoru Robert Menendez ABŞ Demokratik Partiyasından olan həmkarları ilə qapalı görüşdə postunu tərk etmək niyyətində olmadığını açıqlayıb.

Redaktor.az xəbər verir ki,bu barədə "Bloomberg" Qərbi Virciniyadan olan demokrat senator Co Mançinə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, Menendes partiya yoldaşlarının istefaya çağırışlarına baxmayaraq, Konqresin yuxarı palatasındakı yerini qorumaq niyyətində olduğunu açıqlayıb. O, həmçinin korrupsiya işi ilə bağlı Senatın təhqiqatı ilə əməkdaşlıq edib-etməyəcəyi ilə bağlı suallara cavab verməkdən imtina edib.

Qeyd edək ki, sentyabrın 22-də ABŞ-ın Nyu-Yorkun Cənub Bölgəsi üzrə Prokurorluğu Menendezə qarşı ittihamları açıqlayıb. İttihama görə, deputat və onun həyat yoldaşı “üç Nyu Cersili iş adamı ilə korrupsioner münasibətlərdə olublar” və “yüz minlərlə dollar rüşvət” alıblar. Senator nağd pul, qızıl külçələr, bahalı avtomobillər və digər qiymətli əşyalar alıb. Prokurorların sözlərinə görə, Menendez həssas hökumət məlumatlarını təqdim edib və Misirin xeyrinə olması üçün USDA rəsmilərinə təzyiq edib. Xüsusilə, Menendez Misirə hərbi satış və yardımla bağlı icra qərarlarına təsir göstərə bilər.

Qeyd edək ki, Robert Menendez ermənipərəst mövqeyi ilə tanınır.

Turan İSMAYIL