Belarus sərhəd pozuntularına görə Polşaya etiraz ETDİ

 23:19 28.09.2023     407

Belarus Xarici İşlər Nazirliyi Polşa helikopterinin sərhədi keçməsi ilə bağlı Polşaya etiraz edib. 

Redaktor.az xəbər verir ki, bu barədə Belarus departamenti bildirib.

İnsidentlə əlaqədar Polşanın müvəqqəti işlər vəkili Martin Voyçexovski Xarici İşlər Nazirliyinə çağırılıb.

Belarus Xarici İşlər Nazirliyi vurğulayıb ki, aşkar faktı susdurmaq və inkar etmək Polşa rəhbərliyi tərəfindən açıq şəkildə gülünc görünəcək.

Minsk Varşavadan dərhal obyektiv araşdırma aparmağı və gələcəkdə oxşar hadisələrin qarşısını almaq üçün hərtərəfli tədbirlər görməyi tələb edib.

Yusif EYVAZLI