Fransa tarixin ən isti sentyabrını yaşayır

 17:26 29.09.2023     289

Fransanın materik hissəsi tarixinin ən isti sentyabrını yaşayır.

Redaktor.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə ölkənin meterologiya xidməti məlumat yayıb.

Məlumatda bu ay havanın temperaturunun mövsüm normalarından yüksək olduğu qeyd olunub. Sentyabrın sonunda isə ölkənin cənubunda havanın temperaturunun 30 dərəcəni keçdiyi bildirilib.

Humay İSGƏNDƏRLİ