İngiltərədə 300 illik ağacı kəsən şəxs sərbəst buraxıldı

 17:29 29.09.2023     303

İngiltərədə 300 illik dünyaca məşhur çinar ağacını 16 yaşlı yeniyetmə kəsib.

Redaktor.az "TRT Haber"ə istinadən xəbər verir ki, tarixi ağacın kəsilməsi nəticəsində 16 yaşlı şübhəli saxlanılıbmış.

Polis şübhəlinin sərbəst buraxıldığını və istintaqın davamında onun həbs olunub-olunmayacağını açıqlayıb.

Qeyd edək ki, İngiltərədə təbii irsin qorunması ilə məşğul olan bir təşkilat ağacın 1860-1890-cı illər arasında əkildiyini açıqlayıb.

Humay İSGƏNDƏRLİ