İsveçrə Aİ-nin PUA-lara görə İrana qarşı sanksiyalarına qoşuldu
İsveçrə Avropa İttifaqının (Aİ) pilotsuz təyyarələrin (PUA) tədarükü ilə bağlı İrana qarşı yeni sanksiyalarına qoşulub.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə İsveçrə hökuməti (Federal Şura) məlumat yayıb.
“Sentyabrın 29-da Federal Şura Rusiyaya pilotsuz uçan aparatların tədarükü ilə bağlı yeni sanksiyaların lehinə qərar verib”, – məlumatda deyilir.
"İsveçrə beləliklə, Avropa İttifaqına qoşulur və bu yaxınlarda bu cihazlardan Rusiyanın Ukraynadakı əməliyyatda istifadə etdiyinə cavab olaraq yeni bir sıra tədbirləri təsdiqləyir", - Bern vurğulayıb.
Turan İSMAYIL