Rusiya və İran xüsusi iqtisadi zonalarla bağlı memorandum imzalayacaq

 18:54 29.09.2023     306

Rusiya və İran 2023-cü ilin noyabrında xüsusi iqtisadi zonalar (XİZ) arasında əməkdaşlıq memorandumu imzalaya bilər.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya Federasiyası İqtisadi İnkişaf Nazirliyinin (İİN) mətbuat xidməti İqtisadi İnkişaf Nazirliyi rəhbərinin müavini Dmitri Vaxrukov ilə İslam Respublikası Prezidentinin müşaviri - İranın Azad Ticarət, Sənaye və Xüsusi İqtisadi Zonalar üzrə Ali Şurasının katibi Abdol Maleki Höjatallah arasında keçirilən görüşdən sonra məlumat verib.

“İştirakçılar bu ilin noyabrında Rusiya və İranın xüsusi iqtisadi zonaları arasında əməkdaşlığa dair memorandum imzalamaq barədə razılığa gəliblər ki, bu memorandum istehsal, ticarət-iqtisadi və investisiya qarşılıqlı fəaliyyəti üçün XİZ-lər arasında əlaqələrin genişləndirilməsinə yönələcək”, - Rusiya nazirliyi qeyd edib.

İqtisadi İnkişaf Nazirliyindən əlavə ediblər ki, memorandum ümumi xarakter daşıyır, ona görə də memorandumun davamı olaraq imzalanacaq sənədlərlə bağlı bəzi suallar qalmalıdır.

Vaxrukov həmçinin iranlı həmkarlarına Rusiyada Texnologiya və Logistika İttifaqının yaradılmasını xatırladıb, onları əməkdaşlığa dəvət edib. İttifaq Xəzəryanı dövlətlərin xüsusi iqtisadi zonalarının tərəfdaşlığı haqqında əldə edilmiş razılaşmanın davamı olaraq yaradılıb.

Turan İSMAYIL