Macarıstan heç bir ölkəyə qarşı sanksiyaları qəbul etmir - Baş nazir

 19:31 29.09.2023     317

Macarıstan istənilən dövlətə qarşı sanksiyaların əleyhinədir, çünki onların problemlərin həllinə və ya münaqişələrin həllinə töhfə vermədiyinə inanır.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban Serbiya prezidenti Aleksandr Vuçiç və Əbu-Dabinin (Birləşmiş Ərəb Əmirlikləri) vəliəhdi Şeyx Xalid bin Məhəmməd Əl Nəhyan ilə Belqradda üçtərəfli görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Hökumət başçısı qeyd edib ki, Macarıstan istənilən münaqişənin müstəsna olaraq dialoq yolu ilə həllinin tərəfdarıdır. “Biz heç bir ölkəyə qarşı heç bir sanksiyaları dəstəkləmirik” - Orban deyib.

Baş nazir onu da bildirib ki, Belqradda keçirilən üçtərəfli görüş Əbu-Dabi Əmirliyinin Vəliəhdinə Macarıstan və Serbiya arasında əməkdaşlığın Mərkəzi Avropa regionunda açdığı investisiya imkanlarını təqdim etmək məqsədilə təşkil olunub. Xüsusilə, bu il iki ölkə birgə qaz ticarəti şirkəti yaradıb və hazırda təchizatçılar axtarır.

Turan İSMAYIL