Ukraynanın hər yerində hava həyacanı elan edildi
Rusiyada Miq-31K qırıcısının havaya qalxması ilə əlaqədar Ukraynada genişmiqyaslı hava həyəcanı elan edilib. Bu qırıcı “Kinjal” raketini daşımağa qadirdir.
Redaktor.az RBC Ukrayna-ya istinadla xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.
Hazırda Ukraynanın bütün bölgələrində hava hücumu xəbərdarlığı elan edilib.
Niyə bütün Ukraynada həyəcan təbili çalır?
Rusiyanın Mig-31K qırıcıları hipersəsli Kinjal raketlərini daşımaq və buraxmaq qabiliyyətinə malikdir. Bu raket Ukraynanın bütün bölgələrindəki hədəflərə çatmağa qadirdir və buna görə də artan təhlükə yaradır. Bundan əlavə, yalnız “Patriot” zenit-raket kompleksi “Kinjal” raketini vura bilər.
Turan İSMAYIL