Ayaqlarını yuyan qızı timsah suyun altına SÜRÜKLƏDİ
Hindistanda timsah gənc qıza hücum edərək onu suyun altına sürükləyib.
Bu barədə Redaktor.az "lenta.ru"ya istinadla xəbər verir.
18 yaşlı Kamini Vişvakarma tarlada mal-qara otarırdı.
Qızın yaxınlıqda oynayan dostlarının dediyinə görə, o, nə vaxtsa ayaqlarını yumaq üçün kanala gedib. Qız su axınına yaxınlaşanda qəfildən timsah ona hücum edib. Yırtıcı qızı suyun altına sürükləyərək gözdən itib.
Meşə idarəsi və polis əməkdaşları 20 saatlıq axtarış-xilasetmə əməliyyatı aparsalar da, qızın yerini tapa bilməyiblər.
Hüquq-mühafizə orqanı rəsmisinin sözlərinə görə, Vişvakarmanın sağ qalması ehtimalı azdır. Yerli sakinlərdən timsah kanaldan çıxana qədər kanaldan uzaq durmağa çağırılıb. Ehtimal olunur ki, sürünən yağışlı mövsümdə çayın daşmasından sonra orada məskunlaşıb.
Yusif EYVAZLI