Kansler Mərkəzi Asiya ölkələri ilə razılığa gəldi

 20:38 29.09.2023     376

Almaniyanın və beş Mərkəzi Asiya ölkəsinin - Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanın nümayəndələri oxşar formatda növbəti görüşün keçirilməsi barədə razılığa gəliblər.

Redaktor.az xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şolz özünün X hesabında yazıb. 

O, Mərkəzi Asiyanın beş dövlətinin liderlərinin Berlinə səfərini xüsusi hadisə adlandırıb.

"Biz 30 illik əlaqələrimizi qururuq və bu formatda yenidən görüşmək barədə razılığa gəldik" - Şolz qeyd edib. 

Görüşün yekunları üzrə qəbul edilmiş birgə bəyanatda vurğulanır ki, dövlət və hökumət başçıları təmasları daha da inkişaf etdirmək barədə razılığa gəliblər və Mərkəzi Asiya dövlət başçılarının və Almaniya Federativ Respublikasının kanslerinin növbəti görüşünün 2024-cü ildə Mərkəzi Asiyada keçirilməsi təklifini alqışlayıblar.

Turan İSMAYIL