92 yaşlı qadın ilk dəfə məktəbə GETDİ
Hindistandan olan 92 yaşlı qadın oxumağı öyrənib.
Bu barədə Redaktor.az "lenta.ru"ya istinadla xəbər verir.
92 yaşlı Salima Xan ad günündən sonra ilk dəfə 2023-cü ildə məktəbə gedib. O, özündən 80 yaş kiçik uşaqlarla dərslərdə iştirak edib. Xan oxumağı, yazmağı və saymağı öyrənib.
"Onun hekayəsi öyrənmək üçün heç vaxt gec olmadığı fikrini təsdiqləyir", - deyə Təhsil Nazirliyinin rəsmisi Lakshmi Pandey bildirib.
Yusif EYVAZLI