Dişi aslan sahibini qəfəsə sürükləyərək PARÇALADI

 21:03 29.09.2023     507

Yaponiyada dişi aslan onu bəsləyən zoopark işçisini parçalayıb. 

Bu barədə Redaktor.az "lenta.ru"ya istinadla xəbər verir.

Zooparkda dişi aslan 53 yaşlı Keniçi Katoya hücum edib. Kişi aslanı bir bağdan digərinə köçürməyə çalışıb.

Məlumatlara görə, bu zaman qidalanma zamanı bağlı qalması lazım olan qəfəsin qapısı qıfıllanmayıb. Aslan kişini tutaraq qəfəsə sürükləyib və ağır xəsarətlər yetirib.

Hadisə yerinə gələn təcili tibbi yardım briqadaları qurbanı huşsuz vəziyyətdə boynundan qan axmış vəziyyətdə tapıblar. Kato təcili xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Yusif EYVAZLI