Nyu York sular altında QALDI

 21:16 29.09.2023     323

Səhər saatlarında Nyu Yorkda bir aylıq yağıntının bir neçə saat ərzində yağması şəhərin bəzi ərazilərini su basmasına səbəb olub. Bununla əlaqədar olaraq, şəhərin qubernatoru Keti Hochul fövqəladə vəziyyət elan edib və sakinləri evdə qalmağa çağırıb. 

Redaktor.az "lenta.ru"ya istinadla xəbər verir ki, bu barədə onun X sosial şəbəkəsindəki hesabında məlumat verilib.

Yağışlar səbəbindən hava limanlarının və ictimai nəqliyyatın fəaliyyətində fasilələr yaranıb. Xüsusilə hakimiyyət bir neçə metro xəttini bağlayıb.

Yusif EYVAZLI