Mənzildə qadının mumiyalanmış cəsədi tapıldı

 21:34 29.09.2023     279

Qadının mumiyası Moskvanın şərqindəki evdə aşkarlanıb.

Bu barədə Redaktor.az "izvestya"ya istinadla xəbər verir.

“Sentyabrın 28-də axşam saatlarında qonşular mənzillərdən birində pis qoxu gəldiyi barədə polisə məlumat veriblər.

Qapını açandan sonra 81 yaşlı qadının mumiyalanmış cəsədi mənzilin içərisində zorakılıqla ölüm əlamətləri olmadan tapılıb. Meyitin 30 günə yaxın orada qaldığı ehtimal edilir.

Qadının ölümü ilə bağlı ekspertiza təyin edilib, araşdırma aparılır.  

Yusif EYVAZLI