Çex və alman polisi qaçqınlara qarşı birgə patrul təşkil edəcək

 23:12 29.09.2023     375

Çex və Almaniya polisi ölkələrinin ümumi sərhədini qeyri-qanuni qaçqınların sızmasından qoruyacaq birgə patrullar təşkil edəcək. Müvafiq razılıq Çex və Almaniyanın Daxili İşlər nazirliklərinin rəhbərləri tərəfindən əldə olunub.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Çex Radiosu məlumat yayıb.

Yaxın günlərdə birgə sərhəd patrulları başlayacaq. Alman polisi sərhədin Çex tərəfində, Çex polisi isə Almaniya tərəfində qeyri-qanuni qaçqınların saxlanılması əməliyyatlarında fəaliyyət göstərə biləcək. Oxşar təcrübə Çex-Slovakiya sərhədində də mövcuddur.

Həmçinin, radionun məlumatına görə, Çex Respublikası, Almaniya və Polşa Daxili İşlər nazirliklərinin rəhbərləri qeyri-qanuni qaçqınların Avropa İttifaqı ərazisinə qanunsuz daxil olmasının təşkilatçılarına qarşı mübarizə aparmaq üçün üç ölkənin ekspertlərindən ibarət qrup yaratmaq barədə razılığa gəliblər.

Turan İSMAYIL