Harri Potter pərəstişkarları aktyor Qambonla VİDALAŞDILAR

 23:15 29.09.2023     356

Harri Potter haqqında silsilə filmlərin və kitabların pərəstişkarları Dambldor obrazını canlandıran aktyor Maykl Qambona simvolik şəkildə vida ediblər. 

Redaktor.az "izvestya"ya istinadla xəbər verir ki, bu barədə sosial şəbəkələrdə hadisə şahidləri məlumat verib.

Pərəstişkarları sənətçinin xatirəsini yad etmək üçün ənənəvi olaraq Orlando əyləncə parkında çubuqlarını qaldırıblar.

Qeyd edək ki, Qambonun ölümü sentyabrın 28-də məlum olub. Aktyor 82 yaşında pnevmoniya tutması nəticəsində xəstəxanada dünyasını dəyişib.

Yusif EYVAZLI