ABŞ generalı vəzifəsindən istefa verdi və Trampı tənqid etdi

 23:29 29.09.2023     412

Amerikalı general Mark Milli Amerika Birləşmiş Ştatlarının Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri vəzifəsini tərk edib.

Redaktor.az bu barədə “Reuters”ə istinadən xəbər verir.

Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri kimi son çıxışı zamanı Milli ABŞ-ın keçmiş prezidenti Donald Trampa eyham vuraraq onu “istəksiz diktator” adlandırıb.

"Biz krala və ya kraliçaya, tirana və ya diktatora sədaqət andı içmirik. Biz bir şəxsə sədaqət andı içmirik. Biz ayrı-ayrı şəxsə sədaqət andı içmirik. Konstitusiyaya sədaqət andı içirik", - general bildirib.

Öz növbəsində ABŞ prezidenti Co Bayden Millini “təhlükə qarşısında sarsılmaz” adlandırıb və “bir dəfə yaralı hərbçiləri təxliyə edərkən iki döyüş tankının oradan keçməsinin qarşısını almaq üçün minalanmış körpüdən keçdiyini” xatırladıb.

“Mark, sizin tərəfdaşlığınız mənim üçün əvəzsiz olub”, - deyə dövlət başçısı əlavə edib.

Milli komandanı Hərbi Hava Qüvvələrinin rəisi general Çarlz Brauna təhvil verib.

Qeyd edək ki, Milli 2019-cu ildə ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri vəzifəsini icra edib.

Onun namizədliyi o vaxtkı prezident Donald Tramp tərəfindən irəli sürülüb.

Bu həftə keçmiş ABŞ lideri Millinin "ölüm cəzasına layiq olduğunu" söyləyib. O, generalı Çinlə "arxada" danışıqlar aparmaqda ittiham edib.

Bayden artıq Trampın bu cür hücumlarına cavab verib. O, Respublikaçıların şərhə cavabında susqunluğunun "qulaqbatırıcı" olduğunu bəyan edib.

Turan İSMAYIL