Ərdoğan İlon Maskı Türkiyəyə dəvət etdi

 23:59 29.09.2023     283

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan SpaceX və Tesla şirkətlərinin sahibi İlon Maskı 2024-cü ildə Türkiyədə keçiriləcək Teknofest texnologiya sərgisinə dəvət edib.

Redaktor.az xəbər verir ki, bu barədə o, X (keçmiş Twitter) sosial şəbəkəsindəki səhifəsində yazıb.

"Hörmətli İlon Mask, sizi gələn il dünyanın ən böyük aviasiya, kosmos və texnologiya festivalı Teknofest-də görməkdən çox şad olarıq. İnanıram ki, əməkdaşlıq əsasında bir çox sahələrdə ölkəmizin və bəşəriyyətin işlərinə böyük töhfə verəcəyik. Tezliklə görüşməyə ümid edirəm”, - deyə Ərdoğan yazıb.

T.İSMAYIL