Türkiyə sərhədini qanunsuz keçmək istəyən FETÖ-çülər saxlanıldı

 14:39 30.09.2023     349

Türkiyə sərhədçiləri 2-si FETÖ-çü olmaqla sərhədi qanunsuz keçmək istəyən 8 nəfəri saxlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, onlar qanunsuz yolla Yunanıstana keçməyə cəhd göstəriblər. Araşdırma zamanı onlardan 2-sinin FETÖ terror təşkilatına mənsub olduğu üzə çıxıb.