Türkiyədə 2 avtobus toqquşdu, 9 nəfər yaralandı

 17:28 30.09.2023     246

Türkiyənin Kahramanmaraş şəhərində 2 sərnişin avtobusu toqquşub.

Redaktor.az xəbər verir ki, hadisə nəticəsində 9 nəfər yaralanıb. Əraziyə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.

Məlumata görə, xəsarət alanlardan 1-i sürücü, 8-i sərnişinlərdir.

Yaralıların sayının artacağı istisna edilmir.