Türkiyə DİN-in binası yaxınlığında iki terrorçu bombalı hücum həyata keçirdi

 11:35 01.10.2023     321

Bu gün səhər saatlarında Daxili İşlər Nazirliyimizin Mühafizə Baş İdarəsinin giriş qapısının qarşısında iki terrorçu bombalı hücum həyata keçirib.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya bildirib.

Məlumata görə, hadisə zamanı 2 polis xəsarət alıb.

Partlayışdan əvvəl 4 atəş səsinin eşidildiyi bildirilir.