Yaponiyada ildırım vurması nəticəsində 7 nəfər xəsarət aldı

 12:52 01.10.2023     216

Yaponiyada ildırım vurması nəticəsində azı 7 nəfər xəsarət alıb.

Redaktor.az xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.

Hadisə Hokkaydo adasında yerləşən parkda qeydə alınıb.

Xəsarət alanlar yerli xəstəxanaya çatdırılıb.

Həmin vaxt parkda məktəb şagirdləri tədbir keçirirmiş.