Terrorizmlə mübarizədə həmrəyliyə ehtiyac var - Ərdoğan

 17:38 01.10.2023     202

Terrorizmlə mübarizədə həmrəyliyə ehtiyac var.

Redaktor.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün səhər saatlarında Ankaradakı terror hücumundan danışarkən bildirib.

"Terror təşkilatının siyasətə müdaxiləsinə imkan verməyəcəyik. Polisin vaxtında müdaxiləsi nəticəsində vətəndaşların əmin-amanlığını, təhlükəsizliyini təhdid edənlər öz məqsədlərinə çata bilməyiblər", - Ərdoğan deyib.

Qeyd edək ki, bu gün səhər saatlarında iki terrorçu Daxili İşlər Nazirliyinin binası yaxınlığında partlayıcını işə salıb. Qısamüddətli atışmadan sonra terrorçulardan biri zərərsizləşdirilib. Hadisə nəticəsində iki polis əməkdaşı xəsarət alıb.