Blinkendən Ankaradakı terror aktı ilə bağlı BƏYANAT

 20:19 01.10.2023     274

ABŞ Ankarada Daxili İşlər Nazirliyinin binası yaxınlığında törədilən terror aktını pisləyir.

Redaktor.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Antoni Blinkenin “X” sosial şəbəkəsində (keçmiş “Twitter”) dərc olunmuş bəyanatında deyilir.

“Birləşmiş Ştatlar bu gün Ankarada Türkiyənin Daxili İşlər Nazirliyinə qarşı törədilən hücumu pisləyir. Zərərçəkənlərin tezliklə sağalmasını arzulayırıq”, – bəyanatda bildirilir.

Blinken əmin edib ki, Birləşmiş Ştatlar “bütün formalarda terroru rədd edir və NATO tərəfdaşı olan Türkiyəni və türk xalqını qəti şəkildə dəstəkləyir”.