PKK Ankaradakı terror aktına görə məsuliyyəti üzərinə götürdü

 22:07 01.10.2023     299

PKK terror təşkilatı Türkiyənin Ankara şəhərindəki törədilmiş terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.

Bu barədə Redaktor.az “A Haber” telekanalına istinadən xəbər verir.

Qeyd edək ki, bu gün səhər saatlarında iki terrorçu Daxili İşlər Nazirliyinin binası yaxınlığında partlayıcını işə salıb. Qısamüddətli atışmadan sonra terrorçulardan biri zərərsizləşdirilib. Hadisə nəticəsində iki polis əməkdaşı xəsarət alıb.