Almaniya Ankarada törədilən terror aktını pislədi

 22:20 01.10.2023     303

Almaniya kansleri Olaf Şolts Ankaradakı hücumu pisləyib və Türkiyə ilə həmrəy olduğunu bildirib.

Redaktor.az xəbər verir ki, bu barədə Almaniya hökumətinin başçısının X sosial şəbəkəsində (keçmiş Twitter) dərc etdiyi bəyanatda deyilir.

“Ankaranın mərkəzində törədilən terror aktını qəti şəkildə pisləyirik. Biz türkiyəli tərəfdaşlarımızla həmrəyik”, - Şolts açıqlamasında bildirib.