Sabah Avropa İttifaqının xarici işlər nazirlərinin görüşü keçiriləcək

 23:02 01.10.2023     269

Bazar ertəsi, oktyabrın 2-də Kiyevdə Avropa İttifaqı Şurasının xarici işlər nazirləri səviyyəsində qeyri-rəsmi iclası keçiriləcək.

Redaktor.az xəbər verir ki, bunu Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Cozef Borel bəyan edib.

"Sabahdan konkret qərarlar gözləməyin, sabah Aİ Şurasının qeyri-rəsmi iclası olacaq, qeyri-rəsmi görüşlər isə konkret qərarların qəbuluna deyil, siyasi müzakirələrə yönəlib", - deyə o qeyd edib.