Rusiyada ağır yol qəzasında 4 nəfər öldü

 23:30 01.10.2023     276

Rusiyanın Balaşixa şəhərində “Chery” markalı avtomobil “Kamaz” markalı yük maşını ilə toqquşub.

Redaktor.az xəbər verir ki, bu barədə “TASS”a Rusiya Daxili İşlər Nazirliyinin Moskva vilayəti üzrə Baş İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, qəza nəticəsində 4 nəfər ölüb.

Hadisə yerinə yol polisi əməkdaşları cəlb edilib, nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılıb (report).