Türkiyə Avropa İttifaqından artıq heç nə gözləmir - Ərdoğan

 09:19 02.10.2023     265

Türkiyə Avropa Birliyinə üzv olmaq üçün heç bir yeni tələb və ya şərt qəbul etməyəcək.

Redaktor.az-ın "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, Türkiyə Avropa İttifaqına verdiyi bütün vədləri yerinə yetirib, lakin blok demək olar heç bir vədinə əməl etməyib.