Magistral yolda məktəbli avtobusu aşdı

 10:11 02.10.2023     299

Moskva yaxınlığındakı Trubino kəndində içərisində 30 uşağın olduğu avtobus magistral yolda aşıb.

Redaktor.az bu barədə "Lenta.ru"ya istinadla xəbər verir.

İlkin məlumata görə, hadisə nəticəsində məktəblilərdən heç biri xəsarət almayıb. Hadisə yerinə regional təcili yardım briqadaları göndərilib.

Hazırda hadisənin digər təfərrüatları dəqiqləşdirilir.

Həmidə İBRAHİMLİ