Oyun oynamağı DAYANDIRIN - Bayden

 11:09 02.10.2023     239

ABŞ Prezidenti Co Bayden Konqresi Ukraynaya yardım məsələsində gecikməməyə çağırıb.

Redaktor.az xəbər verir ki, bu barədə Bayden "Ruzvelt" zalında çıxışı zamanı bildirib.  

O, maliyələşdirmə haqqında qanun layihəsinin noyabrda qəbuluna toxunaraq vurğulayıb ki, "Bizim çox vaxtımız yoxdur".

"Hər iki partiya -  Respublikaçılar və Demokratlar, Senat və Nümayəndələr Palatasının əksəriyyəti Ukraynaya yardımı dəstəkləyir. Oyun oynamağı dayandırın və bunu edin!"

Aidə Ramizqızı