Misirdə polis idarəsində yanğın oldu, 38 nəfər yaralandı

 12:14 02.10.2023     195

Misirin İsmailiyyə şəhərində polis idarəsində baş verən yanğın nəticəsində azı 38 nəfər xəsarət alıb.

Redaktor.az “Al-Youm as-Sabia”ya istinadən xəbər verir ki, bu barədə Misirin Səhiyyə Nazirliyindən bildirilib.

Məlumata görə, hadisə oktyabrın 2-də gecə saatlarında baş verib. Hadisə yerinə 50 təcili tibbi yardım avtomobili göndərilib. Yanğın söndürülüb. Axtarış-xilasetmə əməliyyatı davam edir. Misir Silahlı Qüvvələri hadisə yerinə 2 təyyarə göndərib.

Yanğının səbəbi araşdırılır.