Ankaradakı terror aktını törədənlərdən birinin kimliyi MƏLUM OLDU
Ötən gün Türkiyə DİN-in Baş Təhlükəsizlik İdarəsi qarşısında terror aktı törədən PKK-çılarla bağlı yeni məlumat ortalığa çıxıb.
Redaktor.az TRT-yə istinadən xəbər verir ki, nazirlik araşdırma və DNT analizi nəticəsində terrorçulardan birinin bölücü terror təşkilatı PKK/KCK üzvü, "Kanivar Erdal" kod adlı Hasan Oğuz olduğunu müəyyən edib.
Açıqlamada qeyd olunub ki, digər terrorçunun şəxsiyyətinin müəyyən edilməsi üçün səylər davam edir.
Qeyd edək ki, hadisə zamanı terrorçulardan biri özünü partlatmış, digəri isə zərərsizləşdirilmişdi. Terror aktı nəticəsində 2 polis nəfəri yaralanıb.