Suriya 10 ildən sonra Səudiyyə Ərəbistanında səfirliyini yenidən açdı

 17:55 02.10.2023     285

Suriya iki ölkə arasında diplomatik münasibətlərin dayandırılmasından 10 ildən çox vaxt keçdikdən sonra Səudiyyə Ərəbistanındakı səfirliyinin işini bərpa edib.

Redaktor.az bu barədə "İnterfaks"a istinadla xəbər verir.

Məlumata görə, Suriyanın baş konsulu İhsan Raman ötən həftə sonu Ər-Riyada gəlib və səfir gələnə qədər ölkəni təmsil edəcək.

Səudiyyə Ərəbistanı 2011-ci ildə Dəməşqdə silahlı münaqişə başlayandan sonra səfirini geri çağırıb. Eyni zamanda Ərəb Dövlətləri Liqası (LAS) Suriyanın üzvlüyünü dondurub.

Münasibətlərin bərpası prosesi bu ilin aprelində Suriyanın xarici işlər naziri Feysəl Miqdadın vətəndaş müharibəsi başlayandan bəri ilk dəfə Səudiyyə Ərəbistanına səfəri ilə başlayıb.

Həmidə İBRAHİMLİ