Balina göyərtəsində iki nəfərin olduğu qayığı AŞIRDI

 20:51 02.10.2023     300

Avstraliyada qayığın balina vurması nəticəsində iki kişi suda qalıb. 

Redaktor.az xəbər verir ki, bu barədə The Guardian məlumat verib.

Kişilər motorlu qayıqla gedərkən onların qayığı balina tərəfindən çevrilib. Hadisədən 45 dəqiqə sonra göyərtəsində sərnişinləri olmayan qayıq tapılıb və xilasetmə xidməti çağırılıb.

Hadisə yerinə gələn xilasedicilər kişiləri sudan çıxarıblar. Qurbanlardan biri huşunu itirib. Onu ayıltmaq cəhdləri uğursuz alınıb. 53 yaşlı ikinci şəxsə tibbi yardım göstərilib və vəziyyəti stabil olaraq xəstəxanaya aparılıb. 

Hadisənin hansı şəraitdə baş verməsi ilə bağlı araşdırma aparılır.

Yusif EYVAZLI